Orban: "Azərbaycan, Rumıniya və Macarıstan Avropanın meqa layihəsinin həyata keçirilməsi üzərində işləyir"
Far.Az xəbər saytı

Orban: "Azərbaycan, Rumıniya və Macarıstan Avropanın meqa layihəsinin həyata keçirilməsi üzərində işləyir"


Azərbaycan, Rumıniya və Macarıstan Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi üzrə Avropanın meqa layihəsinin həyata keçirilməsi üzərində işləyir.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə Gürcüstan həmkarı İrakli Kobaхidze ilə birgə mətbuat konfransında bildirib.

"Azərbaycan, Rumıniya və Macarıstan bu istiqamətdə işləyir. Bizim birgə müəssisəmiz var, bu istiqamətdə həlledici addımdır və ümid edirəm ki, bu, Avropa İttifaqı ərazisində ən uğurlu layihələrdən biri olacaq", - V.Orban qeyd edib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması Aİ bazarını Gürcüstan vasitəsilə "yaşıl enerji" ilə təmin etməyə imkan verəcək.

"Mənim üçün böyük şərəfdir ki, biz ən böyük layihə çərçivəsində birlikdə işləyə bilərik. Bu layihə Avropa İttifaqı üçün ən böyük layihədir, çünki nəhəng Avropa planı Cənubi Qafqaz regionundan Avropaya “yaşıl elektrik enerjisi”nin tədarükünü nəzərdə tutur. Bu da Avropanın meqa layihəsidir", - V.Orban bildirib.

O, həmçinin Gürcüstan hökumətinə layihənin həyata keçirilməsi üzərində fəal işinə görə təşəkkür edib.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci ilin dekabrın 17-də Buxarestdə imzalanıb.

Bu ilin sentyabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında birgə müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi” imzalanıb.

Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
COP29 Azərbaycanı "Qlobal klub"un üzvü kimi yaşıl enerji bazarında gücləndirəcək - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər