Konfrans Liqası: "Zirə" Gürcüstan klubunu darmadağın edib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
Far.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandasını qəbul edib.
Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
***21:19
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında ikinci qol vurulub.
Far.Az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
Ruan Renato 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
***21:05
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında ikinci qol vurulub.
Far.Az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
David Volkov 48-ci dəqiqədə fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
***20:32
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında hesab açılıb.
Far.Az xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Ruan Renato fərqlənib.
Braziliyalı müdafiəçi 32-ci dəqiqədə adını tabloya yazdırıb.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
***20:00
UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" - "Torpedo Kutaisi" (Gürcüstan) oyunu start götürüb.
Far.Az xəbər verir ki, qarşılaşma Sumqayıt şəhər stadionunda baş tutur.
Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiyadır.
***19:17
Bu gün UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Torpedo Kutaisi" (Gürcüstan) matçının start heyətləri açıqlanıb.
Far.Az xəbər verir ki, saat 20:00-da start götürəcək oyunda komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Zirə": 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Ange Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 17. Vieyra, 32. Qismət Alıyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 22. Ayxan Hüseynov, 20. İssa Cibrilla, 29. Krisdiqbeu, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 70. Namiq Ələskərov, 77. Yeqor Boqomolski.
"Torpedo Kutaisi": 1. Qoşadze, 15. Kuprava, 4. Şimiç, 16. Mane, 6. Şerif, 14. Felipe Pires, 7. Mamuçaşvili (k), 22. Bukia, 39. Pinson, 9. Andriç, 11. Arabidze.
Ehtiyat oyunçular: 31. Klyayiç, 38. Kopaliani, 3. Rikardo Araujo, 5. Nadaraia, 20. Skorup, 24. Latsabidze, 29. Çitaişvili, 30. Antia, 33. Stamatov, 35. Deisadze, 36. Pridonişvili.
Oxşar xəbərlər
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo"nun qapısından üçüncü topu keçirib - YENİLƏNİB-6
UEFA Konfrans Liqası: "Zirə" hesab arasındakı fərqi daha da artırıb - 3-0
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













