Azərbaycan iki ölkədən kondisioner tədarükü bərpa edib
Far.Az xəbər saytı

Azərbaycan iki ölkədən kondisioner tədarükü bərpa edib


Bu ilin yanvar-aprel aylarında Azərbaycan 20,5 milyon ABŞ dolları dəyərində 80 min 441 ədəd kondisioner idxal edib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən həm dəyər ifadəsində, həm də kəmiyyət olaraq 40 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 18,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % az) 72 min 830 ədəd (-43 %), Özbəkistandan 1,3 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 4 min 943 ədəd (+2,3 dəfə), Tailanddan 1 milyon ABŞ dolları dəyərində (+13 %) 2 min 300 ədəd (-27 %), Türkiyədən 53 min ABŞ dolları dəyərində (-50 %) 4 ədəd (-56 %), Almaniyadan 33 min ABŞ dolları dəyərində 280 ədəd (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 3 il 8 aylıq ardan sonra Tayvandan (1,7 min ABŞ dolları dəyərində 6 ədəd) və 2 il 4 aylıq fasilənin ardından İsveçdən tədarükü (5,3 min ABŞ dolları dəyərində 1 ədəd) bərpa edib.

Oxşar xəbərlər

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan ABŞ-dən kondisioner tədarükünü bərpa edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər