İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib
Far.Az xəbər saytı

İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib


İngiltərə yığmasının müdafiəçisi Carell Kuansa 2026-cı il dünya çempionatının 1/8 finalında Meksika ilə matçda (2:3) qırmızı vərəqə alması ilə əlaqədar iki oyunluq diskvalifikasiya cəzası alıb.

"Report" xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytına istinadən jurnalist Ben Ceykobs məlumat yayıb.

Kuansa iyulun 12-də keçiriləcək Norveçlə 1/4 final matçını, eləcə də İngiltərə yığması qalib gələcəyi təqdirdə dünya birinciliyinin yarımfinal oyununu buraxacaq.

Xatırladaq ki, İngiltərə yığmasının müdafiəçisi baş hakim Əlirza Fəqaninin qərarı ilə birbaşa qırmızı vərəqə alıb. Kuansa sürüşərək müdaxilə zamanı rəqibin müdafiəçisi Xesus Qalyardonun ayağına zərbə endirib. İngiltərə Futbol Assosiasiyası öz müdafiəçisinin diskvalifikasiya qərarını şikayət etmək istəyir.

Oxşar xəbərlər

Braziliya - Norveç matçını dünya ulduzları tribunadan izləyib
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər