Avropa Komissiyası "Instagram" və "Facebook"u uşaqların psixi sağlamlığı üçün təhlükəli hesab edir
Far.Az xəbər saytı

Avropa Komissiyası "Instagram" və "Facebook"u uşaqların psixi sağlamlığı üçün təhlükəli hesab edir


Avropa Komissiyası "Meta"ya məxsus "Instagram" və "Facebook" platformaları istifadəçilərin, xüsusilə də uşaq və yeniyetmələrin psixi, eləcə də fiziki sağlamlığına yaratdığı risklərə görə Avropa İttifaqı (Aİ) Rəqəmsal Xidmətlər haqqında Qanununu (DSA) pozması barədə qənaətə gəlib.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye bildirib.

Onun sözlərinə görə, araşdırma göstərib ki, şirkət sonsuz lent ("infinite scroll"), videoların avtomatik oynadılması ("autoplay"), "push" bildirişlər və yüksək dərəcədə fərdiləşdirilmiş tövsiyə alqoritmləri kimi funksiyalarla bağlı risklərin lazımi səviyyədə qiymətləndirilməsini aparmayıb, həmçinin onların azaldılması üzrə effektiv tədbirlər tətbiq etməyib.

"Uşaqlar vaxtını "Instagram" və "Facebook"da keçirirlər. Bu, "Meta"nın "autoplay", yüksək dərəcədə fərdiləşdirilmiş tövsiyə sistemləri və "push"bildirişlər kimi funksiyalarının nəticəsidir. Məhz buna görə də bu gün Avropa Komissiyası "Meta"nın asılılıq yaradan dizayna görə Rəqəmsal Xidmətlər haqqında Qanunu pozduğu barədə ilkin qənaətə gəlib", - T.Renye bildirib.

O bildirib ki, Avropa İttifaqında "Meta" xidmətlərindən təxminən 270 milyon nəfər istifadə edir. Həmçinin qeyd edib ki, şirkətin öz qaydalarına görə müəyyən etdiyi minimum yaş həddindən aşağı olmasına baxmayaraq, uşaqların demək olar ki, yarısının 12 yaşına çatanda artıq Instagram hesabı olur.

T.Renyenin sözlərinə görə, bu cür istifadənin nəticələri yetkinlik yaşına çatmayanlar arasında təşviş, depressiya və yuxu pozğunluqlarının artmasında özünü göstərir.

Komissiyanın dərc etdiyi ilkin nəticələrə əsasən, "Meta" öz alqoritmlərinin və platforma funksiyalarının istifadəçilərdə kompulsiv davranışın formalaşmasına təsirini nəzərə almayıb. Xüsusilə, araşdırma göstərib ki, şirkət yetkinlik yaşına çatmayanların gecə vaxtı "Instagram" və "Facebook"da nə qədər vaxt keçirdikləri, həmçinin "Reels" və "Stories" formatlarının xidmətlərdən həddindən artıq istifadəyə necə səbəb ola biləcəyi barədə mövcud məlumatlara məhəl qoymayıb.

Avropa Komissiyası həmçinin platformalardan istifadə vaxtının məhdudlaşdırılması üzrə mövcud tədbirləri qeyri-kafi hesab edir. "Safety Centre"in ayrı bölməsində yerləşdirilmiş psixi sağlamlıqla bağlı məlumat materiallar da qeyri-kafi sayılıb.

Təskilat hesab edir ki, "Meta" hər iki platformanın arxitekturasını dəyişdirməlidir. Mümkün tədbirlər sırasına standart olaraq "autoplay" və sonsuz lent funksiyalarının dayandırılması, fasilə verməyin zəruriliyi barədə effektiv xatırlatmaların tətbiq edilməsi və s. daxildir.

Hazırda "Meta" araşdırma materialları ilə tanış ola və yazılı etirazlarını təqdim edə biləcək.

Əgər ilkin mövqe təsdiqlənərsə, şirkəti qlobal illik dövriyyəsinin 6 %-ə qədəri həcmində cərimə gözləyə bilər.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər