Sahibə Qafarova: "Rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib"
"Rəqəmsal transformasiya artıq sadəcə texnoloji proses deyil. O, müasir idarəetmənin, dayanıqlı inkişafın və səmərəli dövlət xidmətlərinin göstərilməsinin əsas elementinə çevrilib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu" mövzusunda keçirilən yüksəksəviyyəli dialoqda çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsal idarəetmə mövzusu beynəlxalq ictimaiyyət üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir:
"Rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib. Rəqəmsal texnologiyalardan istifadə etməklə parlamentlər şəffaflığı artıra, qanunvericilik fəaliyyətinin səmərəliliyini yüksəldə, ictimai iştirakçılığı gücləndirə və bütün maraqlı tərəflər arasında inklüziv dialoqu təşviq edə bilərlər. Rəqəmsal transformasiya, eyni zamanda, parlamentlərarası əməkdaşlığın inkişafı, bilik və qabaqcıl təcrübə mübadiləsinin sərhədlərdən kənarda genişləndirilməsi üçün yeni imkanlar yaradır".
"Rəqəmsal texnologiyalar demokratik idarəetməni dəstəkləyən mühüm vasitə kimi çıxış etməli, dövlət institutlarına ictimai etimadı möhkəmləndirməli, açıq, şəffaf və vətəndaşların ehtiyaclarına həssas parlament dialoqunun inkişafına xidmət etməlidir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və potensialın artırılması istiqamətində birgə səylər rəqəmsal idarəetmənin dayanıqlı inkişafa, demokratik dayanıqlığın möhkəmləndirilməsinə və səmərəli parlament institutlarının formalaşmasına töhfə verməsinin əsas təminatlarından olacaq", - spiker vurğulayıb.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib













