Avropalı diplomatlar İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsini müzakirə edəcəklər
Far.Az xəbər saytı

Avropalı diplomatlar İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsini müzakirə edəcəklər


Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri iyulun 13-də Brüsseldə keçiriləcək görüşdə Qəzzada davam edən humanitar böhran və İordan çayının Qərb sahilində gərginliyin artması fonunda İsrailin Fələstin ərazilərində yerləşən yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsi imkanını müzakirə edəcəklər.

"Far.Az" xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

Bununla belə, Aİ-yə üzv 27 ölkənin xarici işlər nazirlərinin İsrailə münasibətdə blok daxilində mövcud fikir ayrılıqları səbəbindən ticarətlə bağlı hər hansı qərar qəbul etməsi gözlənilmir.

Avropa Komissiyasının sənədinə əsasən, İsrail yaşayış məntəqələrindən idxalın qismən və ya tam qadağan edilməsi, ticarəti iqtisadi baxımdan məqsədəuyğun olmayan səviyyəyə çatdıracaq yüksək gömrük rüsumlarının tətbiqi, yaxud idxal üçün lisenziyalaşdırma sisteminin yaradılması variantları nəzərdən keçirilir.

Qeyd olunur ki, belə addımlar Aİ ilə İsrail arasında münasibətlərə ciddi təsir göstərə bilər. Bu isə xüsusilə İsraildə oktyabr ayının sonunadək keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində xüsusi əhəmiyyət daşıyır.

Belçika, Niderland və İspaniya da daxil olmaqla, azı 10 Aİ ölkəsi hesab edir ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ildə verdiyi məsləhət xarakterli rəydən sonra Avropa İttifaqı İsrail yaşayış məntəqələri ilə ticarəti dayandırmalıdır. Məhkəmə həmin rəydə İsraili Fələstin ərazilərinin işğalına mümkün qədər tez son qoymağa çağırıb və dövlətlərin qanunsuz vəziyyətin davam etməsinə töhfə verən ticarət və investisiya əlaqələrinin qarşısını almalı olduqlarını bildirib.

Eyni zamanda, insan hüquqları təşkilatları Brüsseli bu prosesi ləngitməkdə ittiham edirlər. Buna baxmayaraq, nəşrin yazdığına görə, yaxın vaxtlarda bu məsələ ilə bağlı hər hansı qərarın qəbul olunması ehtimalı azdır.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər