Çexiyada keçirilən motosiklet yarışında iki idmançı həlak olub
Far.Az xəbər saytı

Çexiyada keçirilən motosiklet yarışında iki idmançı həlak olub


Çexiyanın Brno şəhərində keçirilən Alpe Adria International Motorcycle Championship (AAIMC) seriyası çərçivəsində təşkil olunan motosiklet yarışları zamanı iki idmançı həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə Avropa Motosiklet İdmanı Federasiyasının (FIM Europe) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı avstriyalı Filip Ştaynmayr qəzadan dərhal sonra hadisə yerində həyatını itirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 43 yaşlı rumıniyalı Adrian Rus isə həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Baş vermiş faciə ilə əlaqədar həftəsonuna planlaşdırılan bütün yarışlar ləğv edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər