İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb
İsrail Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS hərəkatının hərbi obyektinə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
"Bir müddət əvvəl İsrail Müdafiə Ordusu sektorun şimalındakı Qəzza şəhəri ərazisində HƏMAS-ın silah istehsalı obyektinə zərbə endirib və onu dağıdıb", - məlumatda qeyd olunub.
Məlumata görə, HƏMAS hərbi potensialını bərpa etməyə cəhd göstərərək, atəşkəs razılaşmasını pozub. Mətbuat xidmətindən əlavə ediblər ki, zərbə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı terror aktının hazırlandığı vaxt endirilib.
"Zərbə endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək zərərin azaldılması üçün addımlar atılıb, o cümlədən yüksəkdəqiqlikli sursatlardan istifadə olunub və havadan müşahidə aparılıb", - paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Çörək məhsullarının hazırlandığı un məmulatları sexindən FOTOREPORTAJ
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB-5
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












