SEPAH: ABŞ-nin HIMARS raket kompleksinin döyüş sursatları məhv edilib
Far.Az xəbər saytı

SEPAH: ABŞ-nin HIMARS raket kompleksinin döyüş sursatları məhv edilib


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdə yerləşən HIMARS raket komplekslərinin buraxılış qurğularına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda bildirilib.

"Bu əməliyyat zamanı buraxılış qurğularının özü və döyüş sursatları məhv edilib", - SEPAH-dan əlavə olunub.

Qeyd edilib ki, bu əməliyyat nəticəsində üç amerikalı zabit həlak olub və bir neçə nəfər yaralanıb.

Xatırladaq ki, İran Silahlı Qüvvələri ABŞ-nin zərbələrinə cavab olaraq İordaniya, Küveyt, Bəhreyn və Qətərdə yerləşən Amerika hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə silsilə hücumlar həyata keçirib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər