FIFA-nın komitə rəhbəri Baloqanın diskvalifikasiyasını şəxsən ləğv edib
Far.Az xəbər saytı

FIFA-nın komitə rəhbəri Baloqanın diskvalifikasiyasını şəxsən ləğv edib


FIFA İntizam Komitəsinin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan rəhbəri Məhəmməd Əl-Kamali, strukturun digər on yeddi üzvünün xəbəri olmadan amerikalı futbolçu Falorin Baloqanın diskvalifikasiyasının ləğv edilməsi barədə təkbaşına qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

"Komitə sədri Məhəmməd əl-Kamali qərarın əhəmiyyətinə baxmayaraq, bu qərarı təkbaşına qəbul edib. Hökm, qırmızı vərəqə almış oyunçulara avtomatik olaraq diskvalifikasiya təyin edilən dünya çempionatlarının əvvəlki bütün intizam işlərinə ziddir", - məqalədə bildirilib.

Nəşr vurğulayır ki, Əl-Kamali əvvəllər heç vaxt təkbaşına qərar çıxarmayıb, çox vaxt ən vacib məsələlər üzrə hökmü komitənin üç üzvü qəbul edir. Lakin təcrübədə komitənin bir üzvü tərəfindən, ancaq bir qayda olaraq sədr müavini Xorxe Palasio tərəfindən baxılan işlərə də rast gəlinib.

Qəzet yazır ki, FIFA-nın Baloqanın işi üzrə qərarın yazılı əsaslandırmasını dərc etməkdən və ya hətta diskvalifikasiyanın nəyə görə ləğv edildiyini izah etməkdən imtina etməsi də suallar doğurur.

"Bu, dünya çempionatlarında qırmızı vərəqələrə görə avtomatik diskvalifikasiyaların tətbiq edildiyi vaxtdan bəri onlardan birinin ləğv olunduğu ilk haldır", - "The Times" dəqiqləşdirib.

Əl-Kamali isə öz növbəsində BBC-nin sorğusundan sonra şərh verməkdən imtina edib.

Xatırladaq ki, Baloqan 1/16 final çərçivəsində Bosniya və Herseqovina yığmasına qarşı matçda (2:0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. Mövcud qaydalara görə, futbolçu növbəti matçı buraxmalı idi.

Lakin FIFA-nın intizam məcəlləsinin 27-ci maddəsinə əsasən, bir matçlıq diskvalifikasiya bir illik sınaq müddəti ilə əvəz edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər