Polşa ABŞ silahlarının alınmasına təxminən 150 milyard dollar xərcləmək niyyətindədir
Far.Az xəbər saytı

Polşa ABŞ silahlarının alınmasına təxminən 150 milyard dollar xərcləmək niyyətindədir


Yaxın illərdə Polşa ABŞ-dən təxminən 150 milyard dollar dəyərində silah almaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Tsezari Tomçik RFM24 telekanalının efirində bildirib.

Onun sözlərinə görə, indiyədək Varşava ABŞ texnikasının alınmasına və müxtəlif xidmət infrastrukturunun yaradılmasına təxminən 65 milyard dollar xərcləyib.

"Biz Avropada belə bir infrastrukturun yaradılması sayəsində həm də birgə istehsalda iştirak edə biləcək və bütün Avropa üçün xidmət bazasına çevriləcək yeganə ölkə olmaq istəyirik, necə ki, indi də eləyik", - nazir müavini bildirib.

Tomçik həmçinin Polşanın MiQ-29 qırıcı təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı danışıqlardan da bəhs edib. Bunun müqabilində Varşava Ukraynanın dron istehsalı texnologiyalarını əldə etməlidir.

Onun sözlərinə görə, tərəflər artıq texnologiyaların müvafiq siyahısını razılaşdırıblar. Lakin Ukrayna təyyarələri almazdan əvvəl onların modernləşdirilməsini istədiyini bildirib. Polşa isə belə bir modernləşdirmənin pulunu ödəmək istəmir.

"Bu məsələ bağlanmayıb, o, razılaşdırma mərhələsində qalır. Biz bu təyyarələri lap sabah – Ukrayna öz texnologiyalarını verən anda təhvil verməyə hazırıq", - Tomçik deyib.

Nazir müavini onu da qeyd edib ki, Varşava ABŞ-yə Polşada Amerika qoşunlarının daimi bazasının inşası ilə bağlı təklif göndərib.

"Biz təklifimizi ABŞ-yə göndərmişik, siyasi razılığımız var", - o bildirib.

Oxşar xəbərlər

Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər