Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Suriya Ərəb Respublikasının informasiya naziri Xalid Favaz Zaarur və nazirin rəqəmsal media işləri üzrə müavini Məhəmməd Tafran ilə görüşüb.
"Far.Az" xəbər verir ki, görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ölkələrimizin əlaqələrinin inkişafında iki ölkənin liderlərinin görüşlərinin və Suriya Prezidentinin Azərbaycana səfərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Həmçinin ölkələrimizin informasiya və media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Hikmət Hacıyev Suriyanın informasiya nazirinə Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib. O deyib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürəcək və təşkilatın Zirvə görüşünə ev sahibliyi edəcək. Prezidentin köməkçisi, həmçinin bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin toplantısının da Azərbaycanda keçiriləcəyini bildirərək, suriyalı naziri həmin tədbirdə iştiraka dəvət edib.
Söhbət zamanı, eyni zamanda, Azərbaycanla Suriya arasında mədəni-humanitar və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, ISESCO çərçivəsində Azərbaycanın Suriyada məktəblərin təmiri və bərpasına göstərdiyi dəstək layihəsi də yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında dostluğun nümunəsi olduğu bildirilib.
Görüşdə Azərbaycanın Suriyanın siyasi birliyinə, ərazi bütövlüyünə və suverenliyinə daim göstərdiyi dəstək yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













