İrəvanın sabiq merindən 200 min dollardan çox vəsait müsadirə ediləcək
Far.Az xəbər saytı

İrəvanın sabiq merindən 200 min dollardan çox vəsait müsadirə ediləcək


İrəvanın keçmiş meri Qaqik Beqlaryandan 76,8 milyon dramdan (təxminən 208 min dollar) çox vəsait müsadirə olunacaq.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası Antikorrupsiya məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə iyulun 7-də prokurorluğun müvafiq iddiasını tam təmin edib.

Məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qeyd olunan məbləğ Beqlaryandan İrəvan bələdiyyəsinin xeyrinə müsadirə ediləcək. Sabiq merə qarşı iddia 2025-ci ilin sentyabrında icraata qəbul edilmişdi. O zaman məhkəmə onun əmlakı üzərinə iddia tələblərinin məbləği həddində həbs qoymuşdu.

Daha əvvəl Q.Beqlaryana qarşı İrəvanda, əsasən də şəhərin mərkəzində 27-yə yaxın daşınmaz əmlak obyektini qanunsuz mənimsəmə şübhəsi ilə cinayət işi açılmışdı.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər