Tanker Ədən sahilləri yaxınlığında kiçik gəmilərlə bağlı insident barədə məlumat verib
Far.Az xəbər saytı

Tanker Ədən sahilləri yaxınlığında kiçik gəmilərlə bağlı insident barədə məlumat verib


⁠IRTC (tövsiyə olunan beynəlxalq tranzit dəhlizi - red.) zonasında hərəkət edən tanker Ədənin (Yəmən) 50 dəniz mili cənubunda insident barədə məlumat verib.

"Far.Az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Yükdaşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

"Yəmənin Ədən şəhərinin cənubundan tankerə altı kiçik gəmi yaxınlaşıb və xəbərdarlıq atəşi açıb. Hücum Ədən sahillərindən 50 dəniz mili aralıda baş verib. Hakimiyyət orqanları insidenti araşdırır. Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunur", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər