Aİ ölkələrinin əksəriyyəti Qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan olunmasını dəstəkləyib
Far.Az xəbər saytı

Aİ ölkələrinin əksəriyyəti Qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan olunmasını dəstəkləyib


Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə ticarətə dair məhdudiyyətlərin daha da sərtləşdirilməsini dəstəkləyiblər, lakin məsələ ilə bağlı yekun qərar yoxdur.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Üzv dövlətlər arasında ən böyük dəstəyi qanunsuz yaşayış məntəqələri ilə ticarətin qadağan olunması variantı qazanıb", - Kallas deyib.

O vurğulayıb ki, söhbət İsrailə qarşı tədbirlərdən deyil, müstəsna olaraq Aİ-nin beynəlxalq hüquq baxımından qanunsuz hesab etdiyi və iki dövlətli həllin reallaşmasına mane olan yaşayış məntəqələrinə qarşı tədbirlərdən gedir.

Daha əvvəl "The Guardian" yazmışdı ki, Aİ ölkələrinin nazirləri qarşıdan gələn görüşdə bu məsələni müzakirə edəcəklər, lakin İsrailin mövqeyi ilə bağlı ittifaq üzvləri arasında davam edən fikir ayrılıqlarına görə yaşayış məntəqələri ilə ticarətə dair konkret qərarlar qəbul edə bilməyəcəklər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər