Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Far.Az xəbər saytı

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib


Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində 4 561 nəfər həlak olub, 16 740 nəfər yaralanıb.

"Report"un məlumatına görə, yenilənmiş məlumatları Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqes təqdim edib.

Onun sözlərinə görə, 17 907 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatlarının gedişində 6 462 nəfər xilas edilib, 33 085 nəfər tibb müəssisələrində müalicə alıb. 128 324 ailəyə yardım göstərilib, 20 231 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib, zərərçəkənlərə 10 063 ton ərzaq paylanıb.

Xatırladaq ki, iyunun 25-ə keçən gecə Venesuelanın şimalında 39 saniyə fərqlə 7,2 və 7,5 maqnitudada iki zəlzələ baş verib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı fəlakətin vurduğu ziyanı təxminən 6,7 milyard dollar qiymətləndirir. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər