Ukrayna parlamentinə Baş nazir Yuliya Sviridenkonun istefa ərizəsi daxil olub
Far.Az xəbər saytı

Ukrayna parlamentinə Baş nazir Yuliya Sviridenkonun istefa ərizəsi daxil olub


Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkodan istefa ərizəsi alıb.

"Far.Az"un məlumatına görə, bu barədə parlamentin spikeri Ruslan Stefançuk bildirib.

"Parlament bu məsələyə yaxın gələcəkdə müəyyən edilmiş prosedura uyğun olaraq baxacaq", - o, sosial şəbəkə hesabında yazıb.

R.Stefançuk Y.Sviridenkoya ölkə üçün son dərəcə çətin dövrdə hökumətdəki rəhbərlik işinə, iqtisadiyyatın gücləndirilməsinə, xalqın dəstəklənməsinə və Ukraynanın Avropaya inteqrasiya yolunun irəliləməsinə verdiyi töhfəyə görə təşəkkür edib.

O, həmçinin Y.Sviridenkoya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər