"Turan Tovuz"un məşqçisi BƏƏ-də beynəlxalq turnirdə iştirak edir
Far.Az xəbər saytı

"Turan Tovuz"un məşqçisi BƏƏ-də beynəlxalq turnirdə iştirak edir


"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin köməkçisi Cavid Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhəridə “Elite Falcons Football Club” tərəfindən təşkil olunan “Blue Crow Cup 2024” beynəlxalq turnirində iştirak edir.

"Far.Az" xəbər verir ki, 2005, 2006 və 2007-ci il təvəllüdlü futbolçular arasında keçirilən turnirdə əsasən Afrikadan olan istedadlı futbolçular mübarizə aparırlar.

3 gün davam edəcək işgüzar səfərin sonunda Cavid Hüseynov hazırladığı hesabatı klub rəhbərliyinə və baş məşqçiyə təqdim edəcək.

Qeyd edək ki, bir çox istedadlı futbolçunun kəşf olunduğu turniri tanınmış klubların məşqçi və skaut heyətləri yaxından izləyirlər.

Oxşar xəbərlər

"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ
Mehriban Əliyevanın doğum günüdür
"Turan Tovuz" klubunun rəsmisi: Komanda Bakıda öz bazasında məskunlaşacaq - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Ulduz Cup"a yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər