Keçmiş futbolçu restoranda həyat yoldaşına sillə vurdu, saxlanıldı
Keçmiş futbolçu Nihat Kahveci ötən gün saxlanılıb.
Far.Az xəbər verir ki, buna səbəb onun Sarıyerdə restoranlarından birində həyat yoldaşı Fulya Sever Kahveciyə şiddət göstərməsi olub.
Şahidlərin sözlərinə görə, cütlük arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisənin şiddətlənməsi nəticəsində Nihat Kahvecinin həyat yoldaşına sillə vurduğu, daha sonra isə masadakı şüşəni ona tərəf atdığı iddia olunub.
Restorandakı digər müştərilərin və heyətin xəbərdarlığı ilə hadisə yerinə Sarıyer Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Həyat yoldaşına şiddət göstərdiyi iddiası ilə saxlanılan keçmiş futbolçu polis bölməsinə aparılıb.
İstintaq çərçivəsində məhkəməyə sövq edilən N. Kahveci sərbəst buraxılıb.
Fulya Sever Kahveci isə açıqlama yayaraq yaşananları təkzib edib:
"Biz Nihat Kahveci ilə 2018-ci ildən bəri evliyik və iki övladımız var. 8 ildir ki, sevgi və hörmət çərçivəsində, münasibətimizi qoruyaraq yaşamışıq. Əlbəttə ki, cütlüklər arasında fikir ayrılıqları və mübahisələr ola bilər, lakin bu, ərimin mənə şiddət göstərməsi demək deyil. Belə yalan xəbərləri və bunu yayanları qınayıram. Heç olmasa, məlumatı dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlaya bilərdiniz".
Oxşar xəbərlər
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
-
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama













