Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq
Far.Az xəbər saytı

Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq


Culfa Rayon İcra Hakimiyyəti rayon ərazisində yeni uşaq əyləncə sahələri yaradacaq.

Far.Az-in məlumatına görə, layihə çərçivəsində Culfa şəhərində 6, Yaycı, Ərəzin və Bənəniyar kəndlərinin hər birində isə 1 olmaqla ümumilikdə 9 yeni uşaq oyun meydançası quraşdırılacaq.

Hər oyun meydançasında iki qülləli uşaq oyun kompleksi, ikili yelləncək, tahterevalli və təhlükəsizliyi təmin etmək üçün minimum 5 santimetr qalınlığında narın qum örtüyü olacaq.

Bu layihənin həyata keçirilməsi rayonun həm şəhər, həm də kənd yaşayış məntəqələrində uşaqlar üçün təhlükəsiz və müasir istirahət məkanlarının sayını artıracaq. Yeni oyun meydançaları uşaqların fiziki inkişafına, açıq havada daha çox vaxt keçirməsinə və sağlam həyat tərzinin təşviqinə töhfə verəcək.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər