Mourinyo Vinisiusu "Real"da qalmağa razı salmaq istəyir
Far.Az xəbər saytı

Mourinyo Vinisiusu "Real"da qalmağa razı salmaq istəyir


İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo braziliyalı futbolçu Vinisius Juniorun müqaviləsinin müddətinin uzadılmasında fəal iştirak etməyi planlaşdırır.

"Far.Az" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis cinah oyunçusunun klubda qalmasının tərəfdarıdır.

Mourinyo Vinisiusu Kilian Mbappe və Cud Bellingemlə birlikdə Madrid təmsilçisinin əsas üzvü hesab edir.

Hazırda "Real"la futbolçu arasında danışıqlar davam edir. Braziliyalı vinger mövsümdə təxminən 30 milyon avro maaş almağa ümid edir. Bu da Mbappenin gəlir səviyyəsinə uyğundur. "Kral klubu"nun rəhbərliyi hazırda belə maliyyə şərtləri ilə razılaşmağa hazır deyil.

Oxşar xəbərlər

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Yurdumuza bahar gəlir!
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər