Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
Far.Az xəbər saytı

Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub


Böyük Britaniya Ukraynaya dəstək üçün Avropa İttifaqının (Aİ) 90 milyard avroluq kredit proqramında iştirakla bağlı danışıqları başa çatdırıb.

"Far.Az" Avropa Komissiyasına istinadən xəbər verir ki, bu barədə Aİ və Böyük Britaniyanın birgə bəyanatında bildirilib.

Tərəflər Böyük Britaniyanın maliyyələşdirmə mexanizmində iştirakına yol açan saziş imzalayıblar. Bəyanatda qeyd olunub ki, bunun sayəsində Ukrayna daha geniş istehsalçı dairəsindən müdafiə təyinatlı məhsullar ala biləcək.

Kredit növbəti iki il ərzində Ukraynaya həm büdcə ehtiyacları, həm də müdafiə xərcləri üçün sabit maliyyə dəstəyinin təqdim edilməsini nəzərdə tutur. İyunda mexanizm çərçivəsində Ukraynaya artıq 7,1 milyard avro ayrılıb, bunun da 3,2 milyard avrosu büdcə dəstəyinə, təxminən 3,9 milyard avrosu isə müdafiə xərclərinə yönəldilib.

Tərəflər vurğulayıblar ki, saziş Ukraynanın dəstəklənməsinə ümumi sadiqliyi, həmçinin Aİ və Böyük Britaniyanın müdafiə-sənaye kompleksləri arasında əlaqələrin möhkəmləndirilməsini nümayiş etdirir.

Oxşar xəbərlər

"Report" Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər