Vüsal Qasımlı: "30-a yaxın dövlət proqramının qiymətləndirilməsi aparılır"
Hazırda Azərbaycanda 30-a yaxın dövlət proqramının monitorinqi və qiymətləndirilməsi aparılır.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.
"Bugünkü rəqəmsal arxitekturanı proqram idarəetməsi və nəticəəsaslı yanaşma əsasında formalaşdırırıq. Ölkə Prezidenti Azərbaycanda strateji idarəetmənin əsas istiqamətlərindən biri kimi proqram idarəetməsini müəyyən edib. Bu da çox mühüm addımdır. Çünki dövlət proqramları artıq vahid standartlar əsasında hazırlanır. Hər bir proqramda onun icrası üçün tələb olunan resurslar, tədbirlər, ilkin, aralıq və yekun nəticələr aydın şəkildə müəyyən edilir. Eyni zamanda, proqram idarəetməsinin nəticəəsaslı büdcə və ortamüddətli xərclər çərçivəsi ilə uzlaşdırılması dövlət idarəetmə sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Bu istiqamətdə son dövrlərdə Maliyyə Nazirliyinin xüsusilə dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirdiyi islahatlar xüsusi qeyd olunmalıdır. Həmin islahatlar proqram idarəetməsini tamamlayır, nəticədə dövlət idarəetməsində daha bütöv və səmərəli idarəetmə modeli formalaşır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













