İran Bəhreyn və Küveytdəki ABŞ hədəflərinə zərbələr endirdiyini açıqladı
Far.Az xəbər saytı

İran Bəhreyn və Küveytdəki ABŞ hədəflərinə zərbələr endirdiyini açıqladı


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İran sahillərinə endirdiyi zərbələrə cavab olaraq Körfəz regionundakı ABŞ hərbi obyektlərinə hücum həyata keçirdiyini bəyan edib.

Far.Az xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, Bəhreyndə yerləşən Şeyx İsa Hərbi Hava Bazasında təyyarə hissələri və silahların saxlanıldığı bəzi anbarlar, həmçinin Küveytdəki Əli Əl-Səlim Hərbi Hava Bazasında yerləşən MQ-9 pilotsuz uçuş aparatları üçün buraxılış meydançaları PUA-larla hədəfə alınıb.

Qurum qeyd edib ki, bu əməliyyatlar ABŞ-nin İran ərazisinə qarşı hücumlarına cavab xarakteri daşıyır. Açıqlamada həmçinin ABŞ hücumlarının davam edəcəyi təqdirdə, regiondan neft və təbii qaz ixracına imkan verilməyəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bununla yanaşı, sosial şəbəkələrdə Bəhreyn səmasında uçan İran pilotsuz uçuş aparatlarının görüntüləri yayılıb. Kadrlarda Bəhreynin "Patriot" hava hücumundan müdafiə sistemlərinin həmin PUA-ları zərərsizləşdirməyə çalışdığı əks olunub.

Qeyd edək ki, tərəflərin səsləndirdiyi iddialar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib. Bu səbəbdən hadisənin bütün detalları ilə bağlı rəsmi və müstəqil təsdiqlərin gözlənildiyini nəzərə almaq vacibdir.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər