İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Tottenhem”ə məğlub olub
Far.Az xəbər saytı

İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Tottenhem”ə məğlub olub


"Tottenham Hotspur" və "Mançester Siti"nin qarşılaşdığı İngiltərə Liqası Kubokunun 1/8 final oyunu başa çatıb.

“Far.Az” xəbər verir ki, komandalar İngiltərənin London şəhərindəki "Tottenham Hotspur" stadionunda üz-üzə gəliblər.

Qarşılaşma “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 5-ci dəqiqəsində ev sahiblərinin heyətində alman hücumçu Timo Verner hesabı açıb. O, isveçli Deyan Kuluşevskinin ötürməsini qola çevirib. İyirmi beşinci dəqiqədə “Tottenhem”in yarımmüdafiəçisi Papa Matar Sarr meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb.

İlk hissəyə əlavə olunmuş vaxtda portuqaliyalı yarımmüdafiəçi Mateus Nunes “Mançester Siti”nin yeganə qolunu vurub.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununda ikinci qol vurulub - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər