Fon der Lyayen: Ukrayna Avropanı daha güclü edir
Ukrayna Avropanın ayrılmaz hissəsidir və onun təhlükəsizliyinin möhkəmləndirilməsində getdikcə daha vacib rol oynayır.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevdə ona tarixdə ilk "Avropa" ordeninin təqdim edilməsi zamanı bildirib.
Fon der Lyayen Aİ və Ukrayna arasında müdafiə sənayesi sahəsində yeni tərəfdaşlığın başladığını elan edib. Təşəbbüsün əsas elementi Ukraynanın döyüş təcrübəsini Avropa İttifaqının (Aİ) sənaye potensialı ilə birləşdirəcək pilotsuz aparatların birgə işlənib hazırlanması və istehsalı haqqında saziş olacaq.
O, öz çıxışında Ukraynanın mübarizəsinin "Avropanın azadlığı uğrunda ekzistensial mübarizə" olduğunu vurğulayaraq pilotsuz sistemlər və müdafiə texnologiyaları sahəsində Ukrayna təcrübəsinin bütün Aİ-nin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcəyini qeyd edib.
Ursula fon der Lyayen həmçinin "Ukrayna Avropadır və Avropa Ukraynadır" deyə bəyan edərək Kiyevə dəyişməz dəstəyini vəd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi













