Rafiq Hüseynov: Yeniyetmə güləşçilərimiz U17 Dünya Çempionatına hazırdır
Azərbaycanın yeniyetmə güləşçiləri iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunacaq Güləş üzrə U-17 dünya çempionatına hazırdır.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Yunan-Roma güləşi üzrə yeniyetmə yığma komandasının baş məşqçisi Rafiq Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda komanda Bakıda təlim-məşq toplanışını sürdürür:
"Ölkə birinciliyinin ardından müxtəlif məkanlarda təlim-məşq toplanışları təşkil etdik. Hazırlıq prosesinə Şamaxıdan start verdik. Sonra Özbəkistanın Buxara şəhərində toplanış keçirdik. Həmin toplanış zamanı Türkiyədə baş tutan "Zəfər kuboku" turniri üçün seçim prosesimizi həyata keçirdik. Bu yarışda uğurlu çıxış edən idmançılarımız Avropa çempionatı heyətinə daxil edildi. Qitə birinciliyindən sonra artıq üçüncü təlim-məşq toplanışımızı həyata keçiririk. Sonuncu hazırlıq mərhələsi komandanın tam formaya düşməsinə yönəlib. Yığmamız optimal hazırlıq səviyyəsinə çatıb".
Baş məşqçi əlavə edib ki, kiçik zədələr ciddi narahatlıq doğurmur:
"Dünya çempionatınadək cəmi 10 təlim-məşq toplanışı keçirmiş olacağıq. Bütün bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək standartlarda təşkil olunub və bizə hər cür dəstək göstərilib".
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Xankəndidə Zəfər atəşfəşanlığı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT
-
Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib
-
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb













