Ceyhun Bayramov İrəvanla münasibətlərin normallaşdırılmasında Bakının mövqeyi barədə danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.
"Far.Az" xəbər verir ki, bu barədə C. Bayramov iyulun 17-si Moskvada ikitərəfli danışıqların yekunlarına dair Lavrovla birgə mətbuat konfransında bildirib.
"Biz bu gün beynəlxalq və regional gündəliyin aktual məsələlərini müzakirə etdik, Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetirdik. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaratdı. Bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır. Və mən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini xüsusilə vurğulamaq istərdim", - C. Bayramov bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında normallaşma kontekstində baş verən son tarixi proseslər, o cümlədən sülh müqaviləsi layihəsinin paraflanması regionumuzda uzunmüddətli sülhün, təhlükəsizliyin və rifahın bərqərar olması üçün unikal imkan yaradır.
"Müzakirə zamanı mən (Sergey Lavrovu – red.) azad edilmiş ərazilərdəki bərpa işlərinin gedişatı, keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı barədə məlumatlandırdım. Ermənistan və Azərbaycan arasında normallaşma prosesində əminliklə demək olar ki, bu gün de-fakto sülh mövcuddur. Həyata keçirdiyimiz müsbət təşəbbüslər, Azərbaycan tərəfinin sülh təşəbbüsləri, o cümlədən etimadın möhkəmləndirilməsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesini ciddi şəkildə sürətləndirib və bu prosesə böyük müsbət töhfə verib. Əminik ki, sülh prosesinin qalan vəzifələrinin yerinə yetirilməsi normallaşma üçün zəruri şərait yaradır", - Azərbaycanın XİN rəhbəri vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur"
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"













