JMIC: Hörmüz boğazının cənub marşrutu gəmi hərəkəti üçün açıq qalır
Far.Az xəbər saytı

JMIC: Hörmüz boğazının cənub marşrutu gəmi hərəkəti üçün açıq qalır


Birləşmiş Dəniz Məlumat Mərkəzi (Joint Maritime Information Center – JMIC) Hörmüz boğazının cənub marşrutunun gəmilərin hərəkəti üçün əlçatan olaraq qaldığını açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə təşkilatın "X" sosial şəbəkə hesabında yayımladığı bəyanatda bildirilib.

Mərkəz eyni zamanda regionda təhlükə səviyyəsinin yüksək olduğunu qeyd edib. Açıqlamada İranın iyulun 12-də Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatına baxmayaraq, cənub marşrutunun fəaliyyətini davam etdirdiyi və ikitərəfli gəmi hərəkətini təmin etmək məqsədilə genişləndirildiyi vurğulanıb.

"Dənizçilər hərbi-dəniz qüvvələri tərəfindən VHF rabitəsi vasitəsilə edilən çağırışlara hazır olmalı və ənənəvi hərəkətin bölüşdürülməsi sistemində mina təhlükəsi zonasını nəzərə almalıdırlar", – deyə məlumatda qeyd olunub.

JMIC bildirib ki, dənizçilərə NCAGS (Dəniz Ticarət Gəmilərinin Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilməsi sistemi) ilə əlaqəni saxlamaq tövsiyə olunur. Bununla belə, gəmilər cənub marşrutu ilə əlavə koordinasiya olmadan sərbəst şəkildə hərəkət edə bilərlər.

Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ABŞ Hörmüz boğazı ilə bağlı məsələlərə müdaxilə cəhdlərini dayandırmayana qədər gəmilərin keçidinə icazə verilməyəcəyi barədə xəbərdarlıq etmişdilər.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər