BDYPİ-dən istirahət üçün bölgələrə gedənlərə VACİB ÇAĞIRIŞ
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib, onları diqqətli və məsuliyyətli olmağa çağırır.
Far.Az xəbər verir ki, bu barədə İdarənin müraciətində bildirilib.
Qeyd olunub ki, həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır:
"Sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlsinlər, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər".
Bildirilib ki, sürücülər təhlükəsiz ara məsafəsini qorusunlar, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinsinlər, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlasınlar.
"Dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər", - deyə müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ
-
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
-
ABŞ İrana gedən üç ticarət gəmisini ələ keçirdiyini açıqlayıb
-
Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub













