Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb
Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb.
"Far.Az"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
"İstənilən anda Almaniyaya hücum riskini nəzərə almaq lazımdır", - daxili işlər naziri deyib.
Onun sözlərinə görə, ölkəyə qarşı hücum planları getdikcə daha aydın olur. Nazir qeyd edib ki, təhdidlər Almaniyanın infrastruktur obyektlərinə, ayrı-ayrı şəxslərə, dövlət və ya ictimai qurumlara yönəlmiş ola bilər.
Almaniyanın Daxili İşlər Nazirliyi hələlik əlavə təfərrüatlar açıqlamayıb.
Son illərdə ölkədə bir sıra rezonans doğuran hücumlar baş verib. Xüsusilə, keçən ay Səudiyyə Ərəbistanından olan bir həkim şərqi Almaniyanın Maqdeburq şəhərindəki tarixi Milad yarmarkasının ziyarətçilərinin üzərinə avtomobil sürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Bundan əlavə, keçən il Almaniya məhkəməsi Suriya vətəndaşını 2024-cü ildə ölkənin qərbindəki Zolingen şəhərində festivalda bıçaqla hücum etməkdə təqsirli bilib. İstintaq müəyyən edib ki, cinayətkar İŞİD terror qruplaşmasının ideologiyasının təsiri altında hərəkət edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
-
Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
Məşhur türkiyəli aparıcı vəfat edib
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb













