BMT-də Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu vurğulanıb
BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində Azərbaycanın enerji və bağlantılar sahələrində etibarlı tərəfdaş kimi rolundan bəhs olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, bu haqda 13-17 iyul tarixlərində seqmentdə iştirak məqsədilə Nyu-York şəhərində səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev danışıb.
Nazirlər seqmentində çıxışı zamanı F.Rzayev Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə sadiqliyini təsdiqləyərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində əldə olunmuş irəliləyişlərdən bəhs edib. O, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə "ağıllı" və yaşıl şəhər və kəndlərin qurulduğunu, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin edildiyini bildirərək humanitar minatəmizləmənin dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Nazir müavini həmçinin Azərbaycanın COP29-a, 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, eləcə də humanitar yardım və texniki əməkdaşlıq vasitəsilə qlobal dayanıqlı inkişafa verdiyi töhfələri qeyd edib.
BMT Baş Assambleyasının "Gələcək üçün Pakt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirilmiş qeyri-rəsmi nazirlər iclasında çıxış edən F.Rzayev Gələcək üçün Paktın praktiki icraya, milli prioritetlərə və konkret nəticələrə yönəlməsinin vacibliyini vurğulayıb. İnkişaf etməkdə olan ölkələr üçün maliyyə, texnologiya transferi və bərabər tərəfdaşlığa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Forum zamanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən keçirilmiş tədbirdə çıxış edən F.Rzayev Komissiya və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) regionda dayanıqlı inkişafın və iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu vurğulayıb. Nazir müavini ESCAP-ın 82-ci sessiyasının sədri qismində Azərbaycanın bu fəaliyyətə töhfə verməyə davam edəcəyini bildirərək SPECA-nın nəqliyyat, ticarət, rəqəmsallaşma, enerji və innovasiya sahələrində praktiki əməkdaşlığın inkişafına dəstək göstərə biləcəyini qeyd edib.
Daha sonra "Milli Dayanıqlı İnkişaf Məqsədləri: Partlamamış hərbi sursatlar/Mina fəaliyyəti və beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməklə 2030 Gündəliyinin sürətləndirilməsi" adlı tədbirdə çıxış edən F.Rzayev humanitar minatəmizləmənin ölkəmizdə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edildiyini bildirib və münaqişədən sonra işğaldan azad edilmiş ərazilərdə minaların yaratdığı təhlükələrdən, onun bərpa-quruculuq işlərinə, məcburi köçkünlərin qayıdışına maneələrindən bəhs edib.
Nyu-York şəhərinə səfəri zamanı F.Rzayev, həmçinin bir sıra ölkələrin xarici işlər nazirlərinin müavinləri və BMT yanında daimi nümayəndələri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masa müzakirələrində iştirak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX hərbçisi vəfat etdi
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
İlin ən uğurlu ayı başlayır - Bu 3 BÜRC varlanacaq
-
"Qarabağ"ın biletləri bu gün satışa çıxarılır
-
Küveytdə İran zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma müəssisəsində yanğın olub













