MİQ imtahanları yekunlaşdı: Apellyasiya müraciətləri nə vaxt başlayır?
Far.Az xəbər saytı

MİQ imtahanları yekunlaşdı: Apellyasiya müraciətləri nə vaxt başlayır?


2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, iyulun 14-dən 18-dək təşkil olunan test imtahanlarına ümumilikdə 32 222 nəfər dəvət olunub. İmtahanlarda iştirak göstəricisi 96 faiz təşkil edib. İmtahanın son günü üzrə apellyasiya müraciətlərinin qəbulu iyulun 19-da saat 12:00-dan etibarən başlayacaq.

Test imtahanı mərhələsi zamanı qaydaları pozduğu müəyyən edilən 4 nəfər imtahandan kənarlaşdırılıb. Prosesin şəffaflığının və obyektivliyinin təmin edilməsi məqsədilə bütün imtahan mərkəzlərində ciddi nəzarət tədbirləri həyata keçirilib.

Müsabiqənin növbəti mərhələsi ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər