Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Far.Az xəbər saytı

Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək


Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə keçiriləcək Ukrayna mövzusunda "Könüllülər Koalisiyası"nın Liderlər Sammitində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək. Nazir Parisdə keçirəcəyi görüşlərdə Ukraynanı tərəfdaşları ilə müzakirə edəcək.

Bildirilib ki, H.Fidan Türkiyənin Kiyevin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha təsdiqləyəcək. O, həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda cəbhədəki son vəziyyət və müharibənin başa çatdırılmasına yönəlmiş diplomatik səylərin hazırkı mərhələsi ilə bağlı Ankaranın qiymətləndirmələrini təqdim edəcək.

Fidanın Türkiyənin Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən danışıqlar masası arxasında bir araya gətirməyə hazır olduğunu vurğulayacağı gözlənilir.

Nazir Qara dənizdə sülh və sabitliyin qorunmasının Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edərək, bu istiqamətdə səyləri dəstəkləməyə hazır olduqlarını ifadə edəcək.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər