Yamal DÇ-2026-nın finalında meydana çıxan ən gənc üç futbolçudan biri olub
İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatının final matçına start heyətində başlayan ən gənc üç futbolçudan biri olub.
"Report" xəbər verir ki, iyulun 13-də 19 yaşı tamam olan ispan futbolçu 2026-cı il dünya çempionatının finalında Argentina yığmasına qarşı keçirilən görüşdə ilk dəqiqələrdən meydana çıxıb.
Dünya çempionatlarının finallarında daha gənc yaşda yalnız braziliyalı Pele (17 yaş 249 gün; 1958-ci il) və italiyalı Cüzeppe Berqomi (18 yaş 201 gün; 1982-ci il) oynayıb.
Əvvəllər bu göstərici üzrə üçüncü yerdə fransalı Kilian Mbappe qərarlaşırdı (19 yaş 207 gün; 2018-ci il). Lakin argentinalılara qarşı matçda İspaniya millisinin start heyətində yer alan müdafiəçi Pau Kubarsi də onu qabaqlayıb (19 yaş 178 gün).
Lamin Yamal "Barselona" klubunun yetirməsidir. Hücumçu əsas komandanın heyətində 2023-cü ilin aprelindən çıxış edir. O, klubla birlikdə İspaniya çempionatının üçqat qalibi (2023, 2025, 2026), İspaniya Superkubokunun ikiqat qalibi (2025, 2026) olub, həmçinin bir dəfə ölkə kubokunu qazanıb (2025). Yamal İspaniya millisi ilə birlikdə 2024-cü ildə Avropa çempionatının qalibi olub.
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Mundiallar tarixinə ekskurs: 1930-cu ildən başlayan möhtəşəm futbol bayramları - ARAŞDIRMA
"Qadın Dəstək Xətti"nin ispan dilli təlimatının təqdimatı keçirildi
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













