Şahzadə Harri təhlükəsizlik məsələsini yenidən qaldırır
Böyük Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu Şahzadə Harrinin ölkəyə ailəsi ilə birlikdə daha tez-tez səfər edə bilmək üçün dövlət tərəfindən maliyyələşdirilən mühafizə xidmətinin bərpasına çalışdığı bildirilir.
Far.Az AZƏRTAC-a istinadla xəbər verir ki, şahzadə bu məqsədlə daxili işlər naziri ilə görüşərək təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyi planlaşdırır.
Mənbələrin sözlərinə görə, Harri atası Kral III Çarlzla daha tez-tez görüşmək və uşaqlarının babaları ilə vaxt keçirməsinə şərait yaratmaq istəyir.
Qeyd olunur ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə ABŞ-yə köçdükdən sonra övladları Böyük Britaniyaya çox nadir hallarda səfər ediblər. Harri gələn il Birminqemdə keçiriləcək "Invictus Games" yarışlarında iştirak etmək üçün Krallığa qayıdacaq və ailəsinin də onu bu səfərdə müşayiət edəcəyinə ümid edir. Hazırda o, ölkəyə səfərləri zamanı təhlükəsizlik xərclərini öz cibindən qarşılayır.
Xatırladaq ki, Şahzadə Harri ötən il Daxili İşlər Nazirliyinə qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətini uduzub. Bundan əvvəl Kral ailəsi üzvlərinin və ictimai xadimlərin mühafizəsinə cavabdeh olan komitə onun Böyük Britaniyada olduğu müddətdə dövlət tərəfindən təmin edilən təhlükəsizlik səviyyəsinin azaldılması barədə qərar qəbul etmişdi.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













