Azərbaycan və Özbəkistan prokurorluqları süni intellekt sahəsində əməkdaşlığı genişləndirəcək
Far.Az xəbər saytı

Azərbaycan və Özbəkistan prokurorluqları süni intellekt sahəsində əməkdaşlığı genişləndirəcək


Azərbaycan və Özbəkistan xalqları tarixən qardaş və dost ölkələrdir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan və Özbəkistan prokurorluqları arasında əməkdaşlıq proqramının imzalanması mərasimində deyib.

O bildirib ki, iki ölkə arasında bir çox ortaq dəyərlər var:

"Ən əsası da odur ki, bütün dəyərlərə əsaslanaraq hər iki ölkənin dövlət başçılarının çox siyasi səviyyədə, çox gözəl münasibətləri var. Bütün sahələrdə, iqtisadi, humanitar, təhsil sahəsində əməkdaşlıqlarımız var".

Kamran Əliyev qeyd edib ki, Özbəkistan Qarabağda aparılan bərpa-quruculuq işlərində də fəal iştirak edir:

"Şirkətləri hazırda azad olunmuş ərazilərdə çalışırlar. Qarabağda Özbəkistan tərəfindən məktəb tikilir. Biz bunu alqışlayırıq və yüksək qiymətləndiririk".

Baş prokuror qeyd edib ki, Özbəkistan Prokurorluğu ilə də əməkdaşlığımız yüksək səviyyədədir:

"Azərbaycan və Özbəkistan prokurorluqları arasında memorandumun icrası çərçivəsində prokurorluq əməkdaşlarının qarşılıqlı təlimləri, təcrübə mübadiləsi və birgə araşdırmaların aparılması nəzərdə tutulur. Süni intellekt və rəqəmsal texnologiyaların hüquq-mühafizə fəaliyyətində tətbiqi, o cümlədən elektron sübutlardan istifadə istiqamətində Azərbaycan və Özbəkistan prokurorluqları arasında əməkdaşlıq genişlənəcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər