Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan məlumatlar saxtadır - BİRGƏ MƏLUMAT
Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
"Report"un məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.
Bildirilib ki, vətəndaşlar bu cür saxta elanlara etibar etməsinlər:
"Naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər. Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













