Bernem Trampla telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Bernem Trampla telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB


Böyük Britaniyanın yeni baş naziri Endi Bernem ABŞ Prezidenti Donald Trampla ilk telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

"Far.Az" xəbər verir ki, söhbətin təfərrüatlarını Britaniya Baş nazirinin dəftərxanası açıqlayıb.

Bernem həmsöhbətini futbol üzrə dünya çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib.

"Baş nazir Böyük Britaniyanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə sadiq olduğunu vurğulayıb", - bəyanatda deyilir.

Britaniya lideri Trampa öz siyasi planlarını açıqlayıb və Böyük Britaniyanın "müttəfiqlərin təhlükəsizliyinin təmin olunması"na sadiqliyini vurğulayıb.

Qeyd edək ki, Endi Bernem iyulun 20-də baş nazir postunu tutub. O, may ayında keçirilən yerli səviyyəli seçkilərdəki məğlubiyyəti fonunda hakim Leyboristlər Partiyasının deputatlarının təzyiqi altında istefa verməyə məcbur olan Kir Starmeri əvəz edib.

Böyük Britaniyanın Baş naziri Endi Bernem ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Qeyd olunub ki, bu, Bernemin vəzifəyə gəlməsindən sonra ilk beynəlxalq telefon danışığı olub.

Söhbətin təfərrüatları hələlik açıqlanmır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər