SEPAH Hörmüz boğazında 3 neft tankerinin hərəkətini dayandırıb
Far.Az xəbər saytı

SEPAH Hörmüz boğazında 3 neft tankerinin hərəkətini dayandırıb


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına nəzarət uğrunda Tehran və Vaşinqton arasında davam edən qarşıdurma fonunda sözügedən strateji su yolundan keçməyə cəhd göstərən 3 neft tankerinin hərəkətini dayandırıb.

"Far.Az" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

"Üç neft tankeri Hörmüz boğazından cənubda minalanmış marşrutla hərəkət etməyə cəhd edib, lakin onlardan biri partlayaraq yandıqdan sonra digər iki tanker sürətlə istiqamətini dəyişərək geri qayıdıb", - SEPAH-ın bəyanatında bildirilir.

İnsidentin dəqiq tarixi barədə məlumat verilmir.

SEPAH-dan həmçinin bildiriblər ki, Hörmüz boğazı İranın nəzarəti altındadır və İran tərəfi ilə razılaşdırmadan oradan keçməyə cəhd göstərəcək istənilən gəmini "eyni aqibət gözləyir".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər