Azərbaycan sığortaçıları I yarımildə 20 mindən çox "Yaşıl Kart" satıb
Bu ilin I yarısında "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində Azərbaycanda 20 379 müqavilə bağlanılıb və ümumilikdə 3 136 239 manat sığorta haqqı toplanılıb.
"Far.Az" İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, bu müqavilələrin 13 402-si Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə rəsmiləşdirilib və 752 906 manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə isə 6 977 "Yaşıl Kart" müqaviləsi rəsmiləşdirilərək 2 383 333 manat sığorta haqqı toplanılıb.
I rübdə Azərbaycan "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Türkiyə, Latviya, Litva, Polşa, Almaniya və digər ölkələrdə ümumilikdə 165 yol-nəqliyyat hadisəsi üzrə 716 164 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 4 340 manat olub.
Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 69 hadisə üzrə 435 182 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 6 307 manat təşkil edib.
"Yasil Kart" üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və "Yaşıl Kart" sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycanın "Yaşıl Kart"larının satışı həyata keçirilir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan sığortaçıları I rübdə 9 mindən çox "Yaşıl Kart" satıb
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan xarici ölkələrdə "Yaşıl Kart" üzrə 2,5 milyon manatdan çox sığorta ödənişi edib
Azərbaycanla Latviya arasında 5 sənəd mübadilə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb













