Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 90 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitallı 116 yeni şirkət yaradılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 90,2 % çoxdur.
"Far.Az" bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.
Məlumata görə, I yarımildə yaradılmış şirkətlərin 12-si (illik müqayisədə eyni ) səhmdar cəmiyyət, 104-ü isə (2,1 dəfə çox) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.
Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 237,237 milyon türk lirəsi (5,026 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 39,6 % azdır. Bunun 86,4 %-ini və yaxud 204 milyon 930 min türk lirəsini (4,342 milyon ABŞ dolları) sırf Azərbaycan vətəndaşları təmin edib. Bu, 2025-ci ilin 6 ayı ilə müqayisədə 45,9 % azdır.
Təkcə iyunda Azərbaycan vətəndaşları Türkiyədə 17 şirkət (+2,4 dəfə) yaradıb. Yeni şirkətlərin 2-si səhmdar cəmiyyət (eyni), 15-i MMC (+3 dəfə) olub.
Ümumi kapitalı 22 milyon türk lirəsi (466 min ABŞ dolları; 47,2 % çox) olan ortaq şirkətlərin kapitalının 86,1 %-i və yaxud 18,95 milyon türk lirəsi (401 min ABŞ dolları; 28,7 % çox) azərbaycanlılara məxsus olub.
Oxşar xəbərlər
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













