Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Far.Az xəbər saytı

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi


Fransada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edilib.

Far.Az xəbər verir ki, Fransa parlamenti Prezident Emmanuel Makronun dəstəklədiyi qanun layihəsini təsdiqləyib. Bununla da Fransa sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olub.

Yeni qaydalara əsasən, sosial media platformaları yaşın təsdiqi sistemini tətbiq etməli olacaq. Sentyabrın 1-dən etibarən 15 yaşdan kiçik şəxslər yeni sosial şəbəkə hesabı yarada bilməyəcəklər.

Bundan əlavə, hazırda fəaliyyət göstərən 15 yaşdan kiçik istifadəçilərə məxsus hesabların dörd ay ərzində bağlanması tələb olunacaq.

Qanun layihəsi əvvəlcə Milli Assambleyada, daha sonra Senatda müzakirə edilib. Hər iki palata mətn üzərində razılığa gəldikdən sonra sənəd yekun səsvermədə 279 lehinə, 81 əleyhinə səslə qəbul olunub.

Prezident Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edərək verdiyi vədin yerinə yetirildiyini bildirib və qanuna dəstək verən deputatlara təşəkkür edib. O vurğulayıb ki, məqsəd uşaqları rəqəmsal mühitdə yarana biləcək risklərdən qorumaqdır.

Qeyd edək ki, son illərdə Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya da uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti tətbiq edən və ya bu istiqamətdə addımlar atan ölkələr sırasındadır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər