AZAL: Əsas prioritetlərdən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir
"Azərbaycan Hava Yolları"nın QSC (AZAL) əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin daha da təkmilləşdirilməsidir.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, hazırda azal.az veb-saytı və mobil tətbiqin genişmiqyaslı "UX/UI" yenilənməsi üzərində iş aparılır: "Bununla yanaşı, rəqəmsal platformanın dayanıqlılığının artırılması, ödəniş üsullarının genişləndirilməsi, süni intellekt əsaslı həllərin tətbiqi istiqamətində işlər davam etdirilir. Süni intellekt texnologiyalarının istifadəçi davranışlarının təhlili, fərdiləşdirilmiş təkliflərin hazırlanması və müştəri dəstəyi proseslərinin təkmilləşdirilməsində tətbiqi nəzərdə tutulur".
Bildirilib ki, son illər rəqəmsal transformasiya istiqamətində ardıcıl layihələr həyata keçirib: "Hazırda sərnişinlər onlayn bilet alışı, onlayn qeydiyyat, rezervasiyanın idarə olunması, biletin dəyişdirilməsi və qaytarılması, uçuş statusunun izlənilməsi, əlavə baqaj, oturacaq və yemək seçimlərinin sonradan əlavə edilməsi kimi xidmətlərdən rəqəmsal platformalar vasitəsilə yararlana bilirlər. Bununla yanaşı, bilet qiymətinin sabitlənməsi, biznes sinfinə yüksəldilmə ("AZAL Upgrade"), əlavə oturacağın bloklanması ("Extra Seat Blocker"), "Müşayiətsiz azyaşlı" xidməti, "DAFAR", "Stopover" və digər yeni rəqəmsal həllər istifadəyə verilib".
Səhmdar cəmiyyətdən əlavə edilib ki, rəqəmsal həllər sərnişinlərə əksər xidmətlərdən istənilən vaxt və istənilən yerdən yararlanmağa imkan yaradır: "Müştərilər artıq biletlərini onlayn qaydada dəyişə və ya qaytara, onlayn qeydiyyatdan keçə, uçuş statusunu real vaxt rejimində izləyə, elektron minik talonundan istifadə edə, əlavə xidmətlər əldə edə, avtomobil kirayələyə, otel bronlaşdıra, transfer sifariş edə və səyahət üçün "eSIM" və rouminq xidmətlərini rəqəmsal platformalar üzərindən əldə edə bilirlər. Eyni zamanda, uçuş gecikməsi və ya ləğvi hallarında sərnişinlərə avtomatik elektron poçt və "SMS" bildirişlərinin göndərilməsi operativ məlumatlandırmanı təmin edir və səyahətin daha rahat planlaşdırılmasına imkan yaradır".
Vurğulanıb ki, AZAL rəqəmsal xidmətlərin inkişafı çərçivəsində müxtəlif dövlət və tərəfdaş platformaları ilə inteqrasiyaları davam etdirir: "Bu istiqamətdə Naxçıvana bilet alışı zamanı sərnişinlərin SİMA və "myGov ID" vasitəsilə elektron identifikasiyası tətbiq olunur. Bununla yanaşı, sərnişinlər üçün onlayn bilet alışı, onlayn qeydiyyat, rezervasiyanın idarə olunması, uçuş tarixinin dəyişdirilməsi və biletin onlayn qaydada qaytarılması kimi xidmətlər tam rəqəmsal mühitdə təqdim edilir. Eyni zamanda, beynəlxalq tərəfdaşlarla inteqrasiya hesabına "Alipay", "WeChat Pay", "Uzum Bank", eləcə də yerli banklarla (ABB, "Birbank" və "Bank of Baku") hissəli ödəniş imkanları sərnişinlərin istifadəsinə verilib. Bu istiqamətdə həyata keçirilən inteqrasiyalar sərnişinlər üçün xidmətlərin daha əlçatan və rahat şəkildə təqdim olunmasına xidmət edir".
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi













