Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker və NATO-nun Ukrayna üçün təhlükəsizlik sahəsində yardım və təlim üzrə xüsusi missiyasının komandanı general-leytenant Körtis Bazzard ilə görüş keçirib.
"Far.Az" xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında paylaşım edib.
Onun sözlərinə görə, tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) gücləndirilməsini, PURL proqramı çərçivəsində "Patriot" sistemləri üçün ələkeçirici raketlərin tədarükünün artırılması hesabına Ukrayna səmasının qorunmasını, həmçinin ABŞ ilə birgə müdafiə layihələrinin həyata keçirilməsini müzakirə ediblər:
Bundan əlavə, tərəflər ABŞ və Ukrayna arasında ikitərəfli müdafiə tərəfdaşlığını, xüsusən də ABŞ Prezidenti Donald Trampın Ankarada qəbul etdiyi Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziyanın verilməsi haqqında qərarının həyata keçirilməsini müzakirə ediblər. Hazırda Ukrayna və ABŞ tərəflərinin üzərində işlədiyi "Drone Deal" sazişinə xüsusi diqqət yetirilib.
"Bu layihənin real potensialı var və ümid edirik ki, tezliklə onu yekun olaraq razılaşdırmaq mümkün olacaq", - Ukrayna lideri bildirib.
V.Zelenski həmçinin bildirib ki, tərəflər "Drone Deal" sazişi çərçivəsində ilk sənədləri imzalayıblar. Onun sözlərinə görə, bu, Ukrayna pilotsuz uçuş aparatlarını sınaqdan keçirilməsi üçün ABŞ-yə göndərməyə imkan yaradır.
Ukrayna Prezidenti həmçinin general-leytenant Körtis Bazzarda III dərəcəli "Xidmətlərə görə" ordenini təqdim etdiyini bildirib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
ABŞ ordusu İrana aviazərbələr endirib
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"













