"Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"nın zərəri kəskin artıb
Far.Az xəbər saytı

"Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"nın zərəri kəskin artıb


"Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC 2025-ci ili 2,114 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2024-cü ildən 874 min manat xalis zərərlə çıxmışdı.

"Far.Az" xəbər verir ki, bu il yanvarın 1-nə "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"nın aktivləri 474,494 milyon manat olub ki, bu da, illik müqayisədə 2,65 % azdır.

Hesabat dövründə şirkətin öhdəlikləri 1,58 % azalaraq 297,005 milyon manata, balans kapitalı isə 0,4 % azalaraq 177,489 milyon manata düşüb.

Xatırladaq ki, "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 90,331 milyon manatdır.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Zakir Qaralovun vergi borcu ikiqat artıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Star Mining" zərərlə işləməyə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər