Yaponiya ABŞ-ın "nüvə çətiri"nə arxalanmağa davam edəcək
Far.Az xəbər saytı

Yaponiya ABŞ-ın "nüvə çətiri"nə arxalanmağa davam edəcək


Yaponiya hökuməti ölkənin milli təhlükəsizliyinin təmin olunması üçün üç qeyri-nüvə prinsipinə sadiq qalmaqla yanaşı, öz müdafiə imkanlarına və ABŞ-ın "nüvə çətiri"nə arxalanmağa davam edəcək.

"Far.Az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara müdafiə naziri Şinciro Koidzuminin nüvə məsələlərinin müzakirəsinin tabu olmaması ilə bağlı çağırışını şərh edərkən bildirib.

Kiharanın sözlərinə görə, Yaponiya öz müdafiə imkanlarını gücləndirməyi və nüvə silahı da daxil olmaqla ABŞ-ın genişləndirilmiş çəkindirmə sisteminə güvənməyi planlaşdırır.

O qeyd edib ki, Koidzuminin bəyanatı müdafiə siyasəti ilə bağlı məsələlərin açıq şəkildə müzakirə edilməsinin vacibliyi ilə əlaqədardır. Müdafiə naziri daha əvvəl Belçikada çıxışı zamanı heç bir ölkənin nüvə məsələlərini tabu etməklə öz təhlükəsizliyini təmin edə bilməyəcəyini bildirmiş və Yaponiyada bu mövzuda müzakirələrin fəallaşdırılmasına çağırmışdı.

Bununla yanaşı, Kihara hökumətin ilin sonunadək başa çatdırmağı planlaşdırdığı milli təhlükəsizlik strategiyasının yenilənməsi çərçivəsində üç qeyri-nüvə prinsipinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib.

Oxşar xəbərlər

Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər