Fransada 50 min hektar torpaq sahəsi yanıb, Makron Aİ-dən kömək istəyib
Far.Az xəbər saytı

Fransada 50 min hektar torpaq sahəsi yanıb, Makron Aİ-dən kömək istəyib


Fransada meşə yanğınları səbəbindən təxminən 50 min hektar torpaq sahəsi yanıb.

"Far.Az" xəbər verir ki, bu barədə mülki təhlükəsizlik üzrə baş direktor Jülyen Marion RTL telekanalının efirində bildirib.

"Biz misliörünməmiş yanğın mövsümü ilə üzləşmişik. Hava şəraitinin yaxşılaşmasını gözləyirik, lakin bu, yanğınların sönəcəyi demək deyil; hələ görüləsi çox iş var", - o qeyd edib.

Marionun sözlərinə görə, Jironda, Var və Land regionlarında yağış gözlənilmir. Meşə yanğınları riski əvvəlki günlərə nisbətən bir qədər aşağı olsa da, onları söndürmək çətin olacaq.

Qeyd edək ki, Fransanın cənub-qərbindəki Jironda departamentində ən böyük yanğınlardan biri tüğyan edir, artıq 20 minə yaxın insan təxliyə edilib.

Yanğınlarla əlaqədar Fransa Prezidenti Emmanuel Makron kömək üçün Aİ ölkələrinə müraciət edib.

"Ölkəni, xüsusən də Jirondanı bürüyən yanğınlar səbəbindən vəziyyət çox gərgin olaraq qalır. Fransa Avropa İttifaqının mülki müdafiə mexanizminin aktivləşdirilməsini xahiş edib. Yaxın vaxtlarda biz Xorvatiyanın iki "Canadair" təyyarəsi, Portuqaliyanın iki "Air Tractor" təyyarəsi, eləcə də biri Çexiya, digəri isə Slovakiyanın olmaqla iki ağır "Black Hawk" helikopteri qismində əlavə qüvvəyə arxalana biləcəyik", - Makron sosial şəbəkələrdə bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər