Azərbaycanda ipoteka kreditlərinin 80 %-i dövlət xətti ilə verilib
Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə 5,4 milyard manat ipoteka krediti verilib.
"Far.Az" xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, bunun təxminən 80 %-i Fondun (dövlət) xətti ilə, 20 %-i isə bankların daxili ipoteka proqramları üzrə verilib.
"Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, bankların kredit portfelində ipoteka kreditlərinin xüsusi çəkisi 15,2 %-dir", - deyə Fond rəsmisi əlavə edib.
Bundan başqa, R.Abdullayev deyib ki, Fondun zəmanət mexanizmi tətbiq edildikdən sonra, 2018-ci ildən etibarən ümumi məbləği 150 milyona yaxın manat olan 1 571 zəmanətli ipoteka krediti verilib.
"İpoteka kreditlərini alanlarda 18–29 yaş qrupunun payı 33 %, 29–35 yaş qrupunun payı 34 %, 35 yaşdan yuxarı şəxslərin payı isə 33 % təşkil edir. Beləliklə, kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir. Regionlarda verilmiş ipoteka kreditlərinin payı isə 23 % təşkil edir. Ailə vəziyyətinə görə kredit alanların 67 %-i evli, 33 %-i subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42%-i qeyri-dövlət sektorunda, 58%-i dövlət sektorunda çalışan vətəndaşlara verilib", - deyə o əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi













